Əsas səhifə Haqqımızda Xəbər lenti

Ərdoğan Ruhani ilə telefonda danışıb

Ərdoğan Ruhani ilə telefonda danışıb

Türkiyə ilə İran prezidentləri arasında telefon danışığı olub

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi açıqlama yayıb.

 

Bildirilib ki, prezidentlər iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələr üzrə ikitərəfli münasibətlər və regional prosesləri müzakirə ediblər.

 

Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsi istiqamətində həmfikir olduqlarını bildirib.

Müəllif: Ayna.az      21 Fevral 2021 23:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin