Əsas səhifə Haqqımızda Xəbər lenti

İtaliya derbisi: "İnter" “Milan”ı 3 qolla məğlub etdi

İtaliya derbisi: "İnter" “Milan”ı 3 qolla məğlub etdi

Bu, “İnter”in çempionat çərçivəsində “Milan” üzərində yubiley – 75-ci qələbəsi olub

 

İtaliya A seriyasında növbəti Milan derbisi keçirilib. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, “Milan” və “İnter” ölkə çempionatlarında 196-cı dəfə üz-üzə gəlib.

 

Bu qarşılaşma A seriyasının XXIII turuna təsadüf edib. Rəqiblərini eyni stadionda qəbul edən rəqiblərin duelində “Milan” ev sahibi olub.

 

Çempionatın liderlərinin dueli erkən qolla başlayıb. Lautaro Martines 5-ci dəqiqədə vurduğu topla “İnter”i hesabda önə çıxarıb. Fasilədən sonra da sevinən tərəf “neradzurra” olub.

 

Lautaro 57-ci dəqiqədə dublunu rəsmiləşdirib. Cəmi 9 sonra Romelu Lukaku üçüncü dəfə “rossonyeri”nin topu qapıdan çıxarmağa məcbur edib.

 

Bu, “İnter”in çempionat çərçivəsində “Milan” üzərində yubiley – 75-ci qələbəsi olub. Digər qarşılaşmada “Milan” 63 qələbə qazanıb, 58 matç heç-heçə bitib. Top fərqində də neradzurra” öndədir – 286:259.

 

Qeyd edək Ki, bu qələbədən sonra xal hesabını 53-ə çatdıran “İnter” liderliyini möhkəmlədib. İkinci sırada qalan “Milan” 4 xal geridədir.

Müəllif: Ayna.az      21 Fevral 2021 20:58
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin