Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda hava dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda hava dəyişikliyi ilə bağlı     XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq

 

Havanın dəyişəcəyi barədə xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

 

Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.  Fevralın 24-25-də  havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi,  0-3 dərəcə şaxta olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında fevralın 23-ü axşam şimal və şərq  rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.

Müəllif: Ayna.az      21 Fevral 2021 14:42
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin