Zavodun baş mühəndisi və daha iki məsul şəxsi saxlanılıb
Rusiyanın Krasnoyarsk vilayətindəki Norilsk dağ-mədən emalı fabrikində dağıntılar baş verib. AYNA Rusiya mediasına istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.
Hadisənin baş verməsində təqsirli bilinən zavodun baş mühəndisi və daha iki məsul şəxsi saxlanılıb.
Məlumata görə, sabah Norilsk şəhərində matəm elan olunacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin