Əsas səhifə Haqqımızda Xəbər lenti

Danimarka Almaniya ilə sərhədlərini bağladı

Danimarka Almaniya ilə sərhədlərini bağladı

Flensburq şəhərində koronavirus mutasiyasının yayılmasından sonra qərar qəbul olunub

 

Danimarka Almaniya ilə sərhədini qismən bağlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, Danimarka hökuməti sərhədin bağlanması barədə qərarı Almaniyanın bəzi sərhəd bölgələrində koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən təcili olaraq qəbul edib.

 

Bu, təxminən 13 sərhəd keçidinin müvəqqəti tədbir olaraq tamamilə bağlanacağı, digər 9-da isə daha sərt məhdudlaşdırma və yoxlamaların tətbiq ediləcəyi deməkdir.

 

Cümə axşamı tətbiq edilən qərar sərhəd yaxınlığında yerləşən Almaniyanın Flensburq şəhərində koronavirus mutasiyasının yayılmasından sonra qəbul olunub.

 

Müəllif: Ayna.az      21 Fevral 2021 12:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin