Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq - Baş Prokurorluq

Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq -       Baş Prokurorluq

Baş Prokurorluq gənc qızın intiharı ilə bağlı məlumat yayıb 

 

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən AYNA-ya bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

 

"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.

 

Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.

Müəllif: Ayna.az      20 Fevral 2021 21:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin