Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda COVID-19-a sutkalıq YOLUXMA ARTDI

Azərbaycanda COVID-19-a sutkalıq       YOLUXMA ARTDI

Daha 201 nəfər koronavirusdan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 232 829 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 472 nəfər müalicə olunaraq sağalıb, 3 193 nəfər vəfat edib, aktiv xəstə sayı 2 164 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 215, ötən müddət ərzində isə ümumilikdə 2 535 825 test aparılıb.

 

Qeyd edək ki, ötən gün koronavirusa 145 yeni yoluxma faktı qeydə alınmışdı.

Azərbaycanda son sutkada 201 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

Müəllif: Ayna.az      19 Fevral 2021 15:07
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin