Əsas səhifə Haqqımızda Xəbər lenti

“Nə dövlət, nə polis kiminsə cərimələnməsində maraqlıdır” – DİN-dən MÜRACİƏT

“Nə dövlət, nə polis kiminsə cərimələnməsində maraqlıdır” – DİN-dən     MÜRACİƏT

Nazirlik karantin qaydaları ilə bağlı vətəndaşlara çağırış edib

 

Daxili İşlər Nazirliyi (DİN) sanitar-gigiyena və karantin qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara çağırış edib. DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir.

 

Qeyd olunub ki, bu dövrdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərə əməl edilməsi vətəndaşların sağlamlığına xidmət edir.

 

“Nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. Pandemiya şəraitində vətəndaşlarımız qaydalara ciddi əməl etməklə, özünü, yaxınlarını, bütövlükdə cəmiyyəti bu bəladan qorumalıdır”, - deyə müraciətdə bildirilib.

 

Vurğulanıb ki, inzibati cərimə çəkindirici xarakter daşıyır, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədindən irəli gəlir: “İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır. Bir daha diqqətə çatdırırıq ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının hansısa vətəndaşın cərimə edilməsində maraqlı deyil. Yetər ki, vətəndaşlar tibbi maskadan düzgün istifadə etsinlər. Təkcə Azərbaycanda yox, dünyanın bütün ölkələrində pandemiya ilə əlaqədar hüquq normalarının təmin edilməsinə ciddi nəzarət olunur.

 

“Bir sıra dövlətlərdə pandemiyanın geniş yayılmasının qarşısının alınmasında müəyyən edilən qaydaların yerinə yetirilməsi üçün daha sərt cəza tədbirləri həyata keçirilir. Məsələn, tibbi maskalardan istifadə etməyən şəxslər Türkiyədə 219, Almaniyada 307, Böyük Britaniyada, Fransada 276, ABŞ-da 510-550 məbləğində cərimələnirlər. Elə ölkələr də var ki, orada daha yüksək cərimələrlə yanaşı, 30 sutkalıq həbs də tətbiq edilir. Hər bir vətəndaşı bu qaydalara əməl etməyə çağırırıq. Qaydalara əməl edən vətəndaşlara isə təşəkkür edirik”, - deyə nazirliyin məlumatın bildirilir.

Müəllif: Ayna.az      19 Fevral 2021 14:05
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin