Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiya SSRİ deyil, Lavrov da Qromıko

Rusiya SSRİ deyil, Lavrov da Qromıko

Maraqlı ziddiyyətlərin və dönüşlərin şahidi oluruq

 

Hər şey müqayisədə bəlli olur. Andrey Qromıko 1957-1985-ci illərdə SSRİ-nin xarici işlər naziri idi. İnanılmaz uzun müddət - 28 il! Eyni zamanda, SSRİ ilə ABŞ və onların NATO-dakı tərəfdaşları - Qərbi Avropa dövlətləri arasında dinc münasibətlərin tərəfdarı olan Qromıko Sovet hökuməti adından silahsızlaşdırma sahəsində 100-dən çox təşəbbüs irəli sürmüşdü. Sovet-Amerika münasibətlərinin ən kritik nöqtəsi - Karib böhranı elmi araşdırmaların mövzusudur.

 

Bundan əlavə, onun iştirakı ilə Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə (1968), SSRİ ilə AFR arasında Moskva Müqaviləsi (1970), Raket Əleyhinə Müdafiə Sistemlərinin Məhdudlaşdırılması Müqaviləsi (1972), SSRİ ilə ABŞ arasında Əməkdaşlıq Prinsipləri Müqaviləsi (1972), Nüvə müharibəsinin qarşısının alınması haqqında müqavilə (1973), 1972 və 1979-cu illərdə strateji silahların məhdudlaşdırılmasına dair müqavilələr, Avropada Təhlükəsizlik və Əmkdaşlıq Konfransının Yekun Aktı hazırlanıb və imzalanıb.

Картинки по запросу

2004-cü ildən bu günə qədər Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovdur. Gördüyünüz kimi, xarici siyasət idarəsinin müdiri vəzifəsində çalışdığı müddət 17 ildir ki, bu da Qromıko ilə müqayisədə az olsa da, eyni zamanda çoxdur. Lavrov həmişə “şahin” statusuna sahib idi, ümumiyyətlə “göyərçin” olmayıb. Rusiya Federasiyası ilə Qərb arasında onun adı ilə bağlı əlaqələri yaxşılaşdırmaq üçün heç bir təşəbbüs edilməyib. Lavrov ancaq Qərblə sərt bir qarşıdurmaya hazır olduğunu yüksək səslə söyləyir və bu barədə müntəzəm danışır. Və bu günə qədər çıxış edir. Amma indi zəmanə dəyişib. Rusiya Federasiyası Qərb ölkələri ilə münasibətləri daha da gərginləşdirməyi özünə rəva bilə bilməz.

 

Nəticədə tamamilə görünməmiş bir fenomen meydana gəlir - Lavrov ictimaiyyət qarşısında inkar edildi. Baş verənlərin mahiyyətini və xronologiyasını xatırlatmaq istəyirəm. Avropa Birliyinin (AB) beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell 4-6 fevral tarixlərində Moskvada səfərdə idi. Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşdü. Səfər zamanı Rusiya ilə Avropa Birliyi arasındakı münasibətlər, müxalifət lideri Aleksey Navalnının təqib edilməsi məsələlərini qaldırdı və Ukraynanın ərazi bütövlüyünə hörmət göstərilməsinə israr etdi.

 

7 fevralda Borrell Rusiyaya etdiyi “çətin” səfərinin Moskvanın AB ilə münasibətləri yaxşılaşdırmaq üçün fürsətlərdən istifadə etmək istəmədiyini göstərdiyini söylədi, daha sonra ifadələrinin tonu daha sərt oldu. Barrel, Rusiyaya qarşı yeni sanksiyalar başlatmaq hüququndan istifadə edə biləcəyini söylədi. O, qeyd etdi ki, Rusiya ilə münasibətlər məsələsi fevralın 22-də AB Xarici İşlər Nazirləri Şurasının iclasında, daha sonra mart ayında keçiriləcək zirvədə müzakirə ediləcək.

 

“Bu görüşlərdə gələcək addımlarla əlaqədar qərarlar veriləcək. Sanksiyaların tətbiq edilməsi doğru olardı. Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndə kimi təşəbbüs hüququmdan istifadə edərək konkret təkliflər verəcəyəm”, - Borrell bildirdi.

 

Və ən maraqlısı da bundan sonra başladı. Rusiyalı nazir Sergey Lavrov, Rusiyanın Avropa Birliyi ilə əlaqələrini pozmağa hazır olduğunu söylədi. Bu sözləri “Soloviev Live” “YouTube” kanalında, rus təbliğatçısı Vladimir Solovyov ilə müsahibəsində söylədi. Üstəlik, söhbətin bir parçası Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən 12 fevralda yayımlandı.

 

“AB ilə münasibətləri pozmağa hazır olduğumuzdan yola çıxırıq. Dəfələrlə olduğu kimi, bu dəfə də hiss etsək ki, bəzi bölgələrdə iqtisadiyyatımız üçün risk yaradan sanksiyaların tətbiq olunması planlaşdırılır, özümüzü dünyadan təcrid etmək istəmirik, amma buna hazır olmalıyıq. Əgər sülh istəyirsinizsə, müharibəyə hazırlaşın”, – Lavrov vurğuladı.

 

Prinsipcə hər şeyi məntiqi şəkildə, əvvəlki bütün açıqlamalar ruhunda qurulmuşdu, amma bu dəfə effekt başqa oldu.

 

Almaniyadan gələn açıqlamada, Lavrovun AB ilə əlaqələrin kəsilməsinə dair bəyanatının anlaşılmaz olduğu qeyd olundu. Bu barədə “Reuters” 12 fevralda Almaniya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinə istinadən xəbər verdi. Almaniya XİN-in məlumatına görə, bu cür açıqlamalar, həqiqətən qarışıq və anlaşılmazdır.

 

Yeni sanksiyaları istisna etməyən, eyni zamanda Rusiya ilə dialoqun vacibliyini vurğulayan Almaniyanın xarici işlər naziri Heiko Maasın açıqlaması da diqqətdən yayınmadı. Alman tərəfinin mövqeyi də məntiqlidir və özünəməxsus şəkildə proqnozlaşdırılır. Ümumiyyətlə, Qərb hər zaman sektoral sanksiyalar daxil olmaqla, tam və sərt qarşıdurma təhlükəsinin Rusiyanı ayıldacağına və mübahisəli mövzulardakı fikirlərini dəyişdirməyə məcbur edəcəyinə ümid edirdi. Rusiya isə buna həmişə “Kim üstümüzə qılıncla gəlsə, elə qılıncla da məhv olacaq” prizmasından cavab verirdi.

Картинки по запросу

Və baş verənlər ənənəvilikdən fərqlənməzdi, əgər bu dəfə hər kəs Xarici İşlər Nazirliyinin başçısının Kremlin əsas təbliğatçısı ilə müsahibədə açıq şəkildə səsləndirilən mövqedən Rusiya Federasiyasının tamamilə imtina etməsinin şahidi olmasaydı. İndi Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova vəziyyəti yumşaltmağa çalışır, amma, əslində patronunun açıqlamasını inkar edir. O, “bu, AB-nin təşəbbüsü ilə baş verərsə, Rusiyanın Avropa Birliyi ilə münasibətləri pozmağa hazır olduğunu” bildirdi. O, guya Rusiya Xarici İşlər Nazirliyinin “avropalıları bərabər və qarşılıqlı hörmətli bir əməkdaşlığa” çağırdığını söyləyir və iddia edir ki, elə Sergey Lavrov da bunu nəzərədə tuturdu.

 

Və sonra Kremlin sözçüsü Dmitri Peskov Lavrovun “Avropa Birliyi ilə münasibətləri pozmağa hazır olmaq” ilə bağlı sözlərinin mediada səhv təqdim edildiyini iddia edir. Peskovun sözlərinə görə, media Lavrovun “kontekstdən kənar” sözlərindən sitat gətirib. “Məsələ dəqiq budur ki, biz bunu istəmirik, Avropa Birliyi ilə münasibətləri inkişaf etdirmək istəyirik, amma Avropa Birliyi bu yolu tutarsa, bəli, hazır olacağıq”, - Peskov vurğuladı.

 

Tamamilə yeni bir vəziyyətlə qarşılaşırıq. Rusiya Xarici İşlər Nazirliyi və Kremlin spikeri əvvəllər heç “Lavrovun sözləri səhv təfsir olundu” ifadələri ilə çıxış etməmişdi. Bu cür davranış, sadəcə “heç vaxt özününküləri satmayan” və “heç kimə boyun əyməyən” Rusiya tərəfinin davranış fəlsəfəsinə sığmırdı. Kim nə deyirsə desin, amma Lavrovun sözlərindən sonra daha yumşaq, barışdırıcı çıxışların olduğu ortaya çıxdı.

 

Bütün bunlar nədən xəbər verir? Bəlkə də, bu mövzuda ən maraqlı fikir rusiyalı siyasətçi, “Ümumrusiya Sağçı Qüvvələr Birliyi” hərəkatının prezidenti Leonid Qozman tərəfindən ifadə edildi. “Son illərdə Qərblə bağlı çox aqressiv cəfəngiyyatlar söyləndi. Elit təbəqədən heç kim buna açıq şəkildə reaksiya göstərmədi. Maria Zaxarovanın Serbiya Prezidenti Vuçiç haqqında növbəti “müdrik” və “balanslı” açıqlamasından sonra Putin də ondan üzr istəmək məcburiyyətində qaldı, amm yenə də elitada sakitlik idi. Və indi belə bir sensasiya baş verdi”, - deyə“Exo Moskva” Qozmanın sözlərindən sitat gətirir.

 

Bundan sonra Qozman “onlar yuxarıda çoxlarının düşündüyü qədər vahid deyillər” fərziyyəsini irəli sürür. Rusiya Federasiyasında ən vacib qərarların qəbul edilməsinə təsir edənlərdən bəhs edirik. “Birinci insana ən yaxın olanlar, Qərblə münasibətlər baxımından itirəcəkləri heç bir şey olmayan 15-20 nəfər var. İspaniyadakı qəsrlər, bəlkə də gələcəkdə övladları tərəfindən istifadə oluna bilər, amma bu da tam dəqiq deyil. Artıq geri dönmə nöqtəsini keçdilər, öz mülklərinin ərazilərinin minnətdar xalqdan qorunmasını təmin edərək burada yaşayacaqlar. Amma, elitadakı 10 min insan sanksiya altında deyil və qazandıqları hər şeyi orada – düşmən ərazisində sakitcə xərcləmək istəyirlər”, - siyasətçi bildirdi.

 

Lavrovun mövcud “qırmızı xətti” təsadüfən keçdiyinə Qozman inanır və deyir ki, bu təsadüf o qədər qəbuledilən deyil ki, digərləri əqidə yoldaşlarının dediklərinə açıq şəkildə düzəliş verməli oldular. Bundan əlavə, Qozman Rusiya Federasiyasının ən yüksək rəhbərliyini və ən vacib qərarların qəbuluna təsir etmək hüququ olanları nəzərdə tutaraq, dedi ki, məhdudiyyətləri var, ağıllarına gələn hər şeyi etməkdən çəkinirlər: “Onlar bir-birlərindən və ən əsası, Qərbdən qorxurlar. Qorxmaları da çox yaxşıdır”.

 

Onun nəticələrdə nə qədər haqlı olduğunu zaman göstərəcək. Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiq ediləcəyi və bunun Rusiya tərəfindən sərt cavablara səbəb olub-olmayacağı çox tezliklə bəlli olacaq. Ancaq Lavrovun Qromıkoya çata bilməyəcəyi artıq aydındır. Elə Rusiyanın SSRİ-yə çata bilməməsi də.

Müəllif: Əkbər Həsənov      19 Fevral 2021 21:05
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin