Əsas səhifə Haqqımızda Xəbər lenti

PSJ “Barselona”nı darmadağın edib - VİDEO

PSJ “Barselona”nı darmadağın edib -       VİDEO

Oyunda gözlənilməz hesab qeydə alınıb

 

Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına start verilib.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, İspaniyada “Barselona” PSJ-ni qəbul edib. Oyunda gözlənilməz hesab qeydə alınıb. Paris təmsilçisi ispanları 4:1 hesabı ilə darmadağın edib.

Günün digər görüşü Budapeştdə “Leypsiq” və “Liverpul” komandaları arasında keçirilib. İngilislər rəqib meydandan 2:0 hesablı qələbə ilə ayrılıblar.

Qeyd edək ki, ilk oyunlara fevralın 23-24-də keçiriləcək matçlarla yekun vurulacaq.

 

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

16 fevral 

“Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) - 0:2

Qollar: M.Salah 53, S.Mane, 58

“Barselona” (İspaniya) - PSJ (Fransa) - 1:4

Qollar: Messi, 26 (pen) - Mbappe, 32, 65, 85, Kean, 70




Müəllif: Ayna.az      17 Fevral 2021 06:57
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin