Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda bankların dollara tələbi azalıb

Azərbaycanda bankların dollara tələbi azalıb

Hərracda tələb 55 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib

 

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

 

Hərracda tələb 55 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1.7 səviyyəsində formalaşıb.

 

Qeyd edək ki, ilin əvvəlində dollara tələb yüksələrək 142.2 milyon ABŞ dollarına çatıb. Tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasından sonra növbəti hərraclarda dollara tələb tədricən azalıb.

Müəllif: Ayna.az      16 Fevral 2021 13:52
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin