Əsas səhifə Haqqımızda Xəbər lenti

Teymur Rəcəbov bürünc medal qazanıb

Teymur Rəcəbov bürünc medal qazanıb

Azərbaycan şahmatçısı “Opera Euro Rapid” adlı turnirində mübarizə aparıb

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının üçüncü mərhələsi — “Opera Euro Rapid” adlı turnirin bürünc medalını qazanıb.

 

AYNA xəbər verir ki, şahmatçımız fransalı Maksim Vaşye-Laqravı 3-cü yer uğrunda mübarizədə məğlub edib.

 

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Müəllif: Ayna.az      14 Fevral 2021 23:26
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin