Əsas səhifə Haqqımızda Xəbər lenti

Yol polisinin qovduğu yük avtomobili aləmi bir-birinə qatdı

Yol polisinin qovduğu yük avtomobili aləmi bir-birinə qatdı

“Qazel” Gənclər Şəhərciyinə girdi, əzilən 4 avtomobildən 2-si tamamilə yararsız hala düşüb

 

Bu gün gecə saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın xəbərinə görə, hadisə Abşeron Gənclər Şəhərciyinin qarşısında olub.

 

Belə ki, Dövlət Yol Polisi (DYP) avtomobilinin qovduğu “Qazel” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə maşın Gənclər Şəhərciyi istiqamətinə girib. Nəticədə “Qazel” şəhərcik sakinlərinə məxsus avtomobillərə çırpılıb. Təxminən 4 avtomobilə ziyan dəyib. Onlardan ikisi tamamilə yararsız hala düşüb.

 

Əzilən avtomobilin sakinləri AYNA-ya bildiriblər ki, hadisə ilə bağlı onlara heç bir qurum tərəfindən izahat verilmir. Sakinlərə dəyən zərərin kim tərəfindən qarşılanacağı sualı açıq qalır.

 

Bazar günü olduğundan, aidiyyatı qurumlardan sualımıza cavab almaq mümkün olmadı.

Müəllif: Ayna.az      7 Fevral 2021 13:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin