Əsas səhifə Haqqımızda Xəbər lenti

“Mercedes” və “VAZ” toqquşub: 3 nəfər ölüb

“Mercedes” və “VAZ” toqquşub: 3 nəfər ölüb

Hadisə Ağdaş rayonunun Nehrəxəlil kəndində baş verib

 

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib. AYNA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Qeyd edilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri “Mercedes” markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az      7 Fevral 2021 12:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin