Əsas səhifə Haqqımızda Xəbər lenti

Prokurorluq Masallıdakı qətllə bağlı məlumat yayıb

Prokurorluq Masallıdakı qətllə bağlı məlumat yayıb

Rauf Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

 

Fevralın 5-də saat 19 radələrində Masallı rayonu, Viləş kənd sakini Musayev Zeydulla Feyzi oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Masallı rayon prokurorluğundan AYNA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Musayev Rauf Feyzi oğlunun aralarında yaranmış mübahisə zamanı balta ilə Zeydulla Musayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

 

Rauf Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      6 Fevral 2021 15:03
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin