Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib

 

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 m2 olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb.

 

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      5 Fevral 2021 09:34
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin