Əsas səhifə Haqqımızda Xəbər lenti

Ağdamda partlayış - Bir hərbçimiz həlak olub, ikisi yaralanıb

Ağdamda partlayış - Bir hərbçimiz həlak olub, ikisi yaralanıb

Hazırda yaralılar həkim nəzarətindədir

 

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

 

Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

 

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Müəllif: Ayna.az      4 Fevral 2021 20:52
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin