Əsas səhifə Haqqımızda Xəbər lenti

Neftin qiyməti 52 dollara düşdü

Neftin qiyməti 52 dollara düşdü

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 56,10 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar geriləyərək 55,37 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,18 dollar ucuzlaşaraq 52,16 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar ucuzlaşaraq 56,10 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      29 Yanvar 2021 11:39
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin