Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

İlham Əliyev: "İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik"

 

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu göndərib.

 

AYNA xəbər verir ki, təbrikdə deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Müəllif: Ayna.az      27 Yanvar 2021 21:39
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin