Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünyaya təhlükə: Fukusima-1 ölümcül zəhər yayır

Dünyaya təhlükə: Fukusima-1 ölümcül zəhər yayır

Stansiyadakı çirklənmənin yaydığı şüalanma hər saatda bir insanın ölümünə səbəb ola bilər

 

2011-ci ildə Yaponiyada zəlzələ nəticəsində qəza baş verən Fukusima-1 Atom Stansiyasının ölümcül radioaktiv maddələr yaydığı məlum olub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Atom Enerjisinə Nəzarət Komitəsinin aralıq hesabatında qeyd edilib.

 

Bildirilir ki, stansiyanın 2 və 3-cü bölməsində üç dairəvi beton konstruksiyada çirklənmə aşkarlanıb. Bu strukturlar bir növ qoruyucu başlıq rolunu oynayır. Sözügedən çirklənmə yaxın bölgələrdə yüksək sürətlə şüalanma yayır ki, bu, hər saatda bir insanın ölümünə səbəb ola bilər.

 

Vurğulanır ki, çirklənmə qəzalı vəziyyətə düşən stansiyanın sökülməsini ləngidə bilər. Şüalanmanın dünya üçün təhlükə vəd etdiyi bildirilir.

 

Qeyd edək ki, 11 mart 2011-ci ildə Yaponiyada 9.1 bal gücündə zəlzələ və nəticədə sunami baş verdi. Təbii fəlakət, reaktor soyutma sisteminin sıradan çıxdığı Fukusima-1 Atom Stansiyasında qəzaya səbəb oldu. Bu, Çernobıl Atom Elektrik Stansiyasındakı partlayışdan sonra 25 ildə ən böyük nüvə fəlakəti sayılır.

 

Stansiyasındakı hadisədən sonra 160 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qaldı. Evlərini tərk edənlər arasında ölüm halında kəskin bir artım oldu, amma səlahiyyətlilər itkiləri evakuasiya, zehni travma və tibbi yardımın zəif çatdırılması ilə əlaqələndirdilər. Hökumət radiasiyanın birbaşa ölümə səbəb olmadığını iddia etdi.

Müəllif: Ayna.az      27 Yanvar 2021 16:14
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin