Əsas səhifə Haqqımızda Xəbər lenti

İstanbulda İŞİD üzvlərinə qarşı əməliyyat: 9 nəfər saxlanılıb

İstanbulda İŞİD üzvlərinə qarşı əməliyyat: 9 nəfər saxlanılıb

Əməliyyat şəhərin 4 rayonunda parallel şəkildə aparılıb

 

İstanbulda İŞİD terror təşkilatı üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, əməliyyat şəhərin dörd rayonunda paralel şəkildə aparılıb.

 

Keçirilən əməliyyat nəticəsində 9 nəfər şübhəli şəxs qismində saxlanılıb. Terror təşkilatı ilə sıx əməkdaşlıq etdiyi aşkarlanan həmin şəxslərin İŞİD sıralarına yeni üzvlər cəlb etdikləri, terror qruplaşmalarına maddi və texniki dəstək göstərdikləri də müəyyən olunub. Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Müəllif: Ayna.az      27 Yanvar 2021 13:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin