Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qaçqınkom”un bəzi şöbələri ləğv olunub

“Qaçqınkom”un bəzi şöbələri ləğv olunub

Komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri də ləğv edilib

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək, idarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişikliyi aparılıb. AYNA xəbər verir ki, bu barədə “Qaçqınkom” məlumat yayıb.

 

Belə ki, Hüquq və İnsan resursları sektorları ləğv edilərək, onların bazasında Hüquq və kadrlar şöbəsi yaradılıb.

 

Miqrasiya, məşğulluq və status şöbəsi isə Regional idarəetmə və status şöbəsi ilə əvəzlənib, həmçinin, ayrıca Məşğulluq sektoru yaradılıb.

 

İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin İnformasiya texnologiyaları və Elektron idarəetmə sektorları birləşdirilib.

 

Sosial təminat və kommunal xidmətlər şöbəsinin tərkibindəki Sosial təminat və kommunal xidmətlər sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni Monitorinq şöbəsi yaradılıb.

 

Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib.

 

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 noyabr tarixli 652s nömrəli Sərəncamı əsasında Dövlət Komitəsi aparatı işçilərinin ümumi say həddi 88-ə çatdırılıb.

 

 

Müəllif: Ayna.az      27 Yanvar 2021 13:46
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin