Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda dəhşət: zibil qabından qadının doğranmış meyiti aşkarlanıb

Bakıda dəhşət: zibil qabından qadının doğranmış meyiti aşkarlanıb

Naməlum qadın meyitinin hissələri 4 ədəd kisədə və 1 ədəd selofan torbada tapılıb

 

Yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

 

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      27 Yanvar 2021 12:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin