Əsas səhifə Haqqımızda Xəbər lenti

Tbilisini etiraz aksiyaları bürüdü

Tbilisini etiraz aksiyaları bürüdü

Paytaxt sakinləri karantin məhdudiyyətlərinin ləğvini istəyirlər

 

Gürcüstanın paytaxtı Tbilisidə aksiyalar keçirilir. AYNA qonşu ölkə mətbuatına istinadən bildirir ki, aksiyaların keçirilməsinə səbəbn hökumətin COVID-19-la bağlı məhdudiyyətləri böyük şəhərlərdə saxlamasıdır.

 

Ölkənin Baş nazirinin müavini Maya Tskitişvili Gürcüstandakı bəzi qadağaların 1 fevraldan etibarən götürüləcəyini deyib, amma məhdudiyyətlərin paytaxt Tbilisi, Rustavi və Kutaisidə martın 1-dək qalacağını elan edib. Bu, əhali arasında böyük narazılığa səbəb olub. Aksiya edən paytaxt sakinləri bildirirlər ki, onlar üçün əsas problem ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasıdır. Aksiyaçılar qərar ləğv edilənədək etiraz edəcəklərini bildirirlər.

 

Hökumət isə açıqlamasında bildirib ki, verilən qərarı yalnız epidemioloji göstərici 4 faizə düşsə və 7 gün davam etdə yenidən nəzərdən keçirilə bilər. Hazırda bu rəqəm 6 faizdir.

 

Bu arada, etirazçılar Gürcüstan Nazirlər Kabinetinə qarşı ölkənin Konstitusiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək niyyətindədirlər.

Müəllif: Ayna.az      27 Yanvar 2021 12:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin