Əsas səhifə Haqqımızda Xəbər lenti

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

“Qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”

 

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədi ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xəzər dənizi sahilində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.  AYNA xəbər verir ki, bunu xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

 

“Araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Vidadi Cabbarov, Xaçmaz şəhər sakini Nemət Hacıyev olduğu məlum olub.  Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”, - Məhəmmədov qeyd edib.

 

B.Məhəmmədov vurğulayıb ki, ayrı-ayrı inzibati rayonların ərazisində ov qaydalarını pozduqlarına görə Qusar rayon sakini Şair Bədirxanov, Ağdam şəhər sakini Natiq Əliyev, Tərtər şəhər sakini Bəhruz Qurbanov, Sumqayıt şəhər sakinləri Əlövsət Babayev və Elsevən Abdullayev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.

Müəllif: Ayna.az      27 Yanvar 2021 12:04
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin