Əsas səhifə Haqqımızda Xəbər lenti

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Bakıya gətirildi

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Bakıya gətirildi

Fərman İsmayılovun doğulduğu Siyəzən rayonunda dəfn ediləcəyi gözlənilir

 

Nigeriya yaxınlığında quldurlar tərəfindən hücuma məruz qalan “Mozart” gəmisinin heyət üzvlərindən biri olan və öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Bakıya göndərilib.

 

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, Qabonun paytaxtı Librevildən yol salınan həmyerlimizin nəşinin olduğu xüsusi təyyarə səhər saatlarında İstanbul Hava Limanına eniş edib. Bundan sonra cənazə Bakıya yola salınıb.

 

Yerli medianın xəbərinə görə, F.İsmayılovun nəşi artıq Bakıya gətirilib. Nəşin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroprtuna eniş edib.

 

Onun doğulduğu Siyəzən rayonunda dəfn ediləcəyi gözlənilir.

 

Xatırladaq ki, Türkiyəyə məxsus gəmi yanvarın 23-də dəniz quldurlarının hücumuna məruz qalıb, nəticədə Azərbaycan vətəndaşı Fərman İsmayılov öldürülüb.

Müəllif: Ayna.az      27 Yanvar 2021 11:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin