Əsas səhifə Haqqımızda Xəbər lenti

İtaliyanın baş naziri istefa verib

İtaliyanın baş naziri istefa verib

Konte Nazirlər Kabinetinin iclasını keçirib və kabinet üzvlərinə vəzifəsdən ayrılmaq niyyəti barədə məlumat verib

 

İtaliyanın baş naziri Cüzeppe Konte istefa verib. AYNA xəbər verir ki, bu barədə “Rainews24” telekanalı C.Kontenin dövlət başçısı Serco Mattarella ilə görüşdüyü prezident sarayından məlumat verib.

 

Prezidentin mətbuat xidməti rəsmi açıqlamanı hələ yaymayıb. Mattarella ilə görüşməzdən əvvəl C.Konte Nazirlər Kabinetinin iclasını keçirib və kabinet üzvlərinə vəzifəsdən ayrılmaq niyyəti barədə məlumat verib.

 

Bu qərar keçmiş baş nazir Matteo Rentsinin başçılıq etdiyi Yaşayan İtaliya Partiyasının “5 ulduz” Hərəkatı və Demokratik Partiyanın formalaşdırdığı koalisiyadan çıxmasından sonra hakim partiyanın Parlamentin yuxarı palatasında (Senatda) mütləq əksəriyyəti itirməsi ilə bağlıdır.

Müəllif: Ayna.az      26 Yanvar 2021 17:14
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin