Əsas səhifə Haqqımızda Xəbər lenti

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışıb

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışıb

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə ediblər

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

 

Bu barədə AYNA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Tərəflər həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Müəllif: Ayna.az      26 Yanvar 2021 16:45
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin