Əsas səhifə Haqqımızda Xəbər lenti

Ramin Quluzadə nazir vəzifəsindən azad edilib: Yeni nazir təyin olundu

Ramin Quluzadə nazir vəzifəsindən azad edilib: Yeni nazir təyin olundu

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

 

Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. AYNA Prezidentin saytına istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Prezidentin digər sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

 

Ölkə başçısının başqa bir sərəncamı ilə Rəşad Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Rəşad Nəbiyev “Azərkosmos” ASC-nin sədri vəzifəsindən azad edilib

Müəllif: Ayna.az      26 Yanvar 2021 13:16
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin