Əsas səhifə Haqqımızda Xəbər lenti

Patruşev: “Qərbin Rusiyanı qarışdırmaq üçün Navalnıya ehtiyacı var”

Patruşev: “Qərbin Rusiyanı qarışdırmaq üçün Navalnıya ehtiyacı var”

“O, qanunsuz fəaliyyətlərinə görə qanun qarşısında cavab verməlidir”

 

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qərbin Aleksey Navalnıdan alət kimi istifadə etdiyini bildirib. AYNA “Kommersant” qəzetinə istinadən bildirir ki, Patruşevin qənaətincə Qərb Navalnıdan istifadə edir.

 

"Rusiyadakı stabil vəziyyəti qarışdırmaq, sosial təlatümlər, tətillər üçün Qərb dairələrinin Aleksey Navalniyə ehtiyacı var”, - Patruşev qeyd edib.

 

Onun sözlərinə görə, Navalnı geniş miqyaslı saxtakarlıq, fırıldaqçılıqla məşğul olub, buna görə də qanun qarşısında cavab verməlidir: “O, dəfələrlə Rusiya qanunlarını kobud şəkildə pozub. Xüsusilə də, böyük miqyasda fırıldaqçılıq edib. Rusiya vətəndaşı olaraq, qanunsuz fəaliyyətlərinə görə qanun qarşısında cavab verməlidir”.

 

Qeyd edək ki, Rusiyanın müxalifət liderlərindən olan A.Navalnı Almaniyada müalicədən sonra Rusiyaya qayıdarkən Moskvada hava limanında saxlanılıb. Müxalifət liderinə yanvarın 18-də 30 sutkalıq həbs cəzası verilib.

 

Navalnının həbsinə etiraz edən tərəfdarları yanvarın 23-də genişmiqyaslı mitinqlər keçiriblər. Mitinqlər Rusiyanın müxtəlif şəhərlərində baş tutub. Aksiyalarda təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurmalar yaranıb. Müxtəlif mənbələrin məlumatına görə, 2 mindən artıq mitinq iştirakçısı həbs edilib.

Müəllif: Ayna.az      26 Yanvar 2021 13:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin