Əsas səhifə Haqqımızda Xəbər lenti

Xırdalanda dağıntılar altında qalan 9 yaşlı Fatimənin axtarışı davam edir

Xırdalanda dağıntılar altında qalan 9 yaşlı Fatimənin axtarışı davam edir

Hadisə yerində FHN-in əməkdaşları və ağır texnikası çalışır

 

Xəbər verdiyimiz kimi, dünən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

 

AYNA bildirir ki, partlayış nəticəsində, bir nəfər ölüb, altı nəfər yaralanıb. Bir nəfərin dağıntılar altında qaldığı qeyd edilir.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və ağır texnikası dağıntılar altında qaldığı deyilən 9 yaşlı Fatimənin axtarışlarını davam etdirirlər.

Müəllif: Ayna.az      26 Yanvar 2021 10:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin