Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb

 

Dünyada COVID-19-a yoluxanların sayı 98,79 milyon nəfəri ötüb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 98 794 942 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 124 193 insan ölüb.

 

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 514 098 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 11 434 pasiyent təhlükəli infeksiyadan ölüb.

 

Son 24 saat ərzində infeksiyaya yoluxanların 60 faizə yaxını Şimali və Cənubi Amerikada (306 934), daha sonra Avropada (131 239), ardından isə Cənub-Şərqi Asiyada (27 349) qeydə alınıb.

Müəllif: Ayna.az      26 Yanvar 2021 00:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin