Əsas səhifə Haqqımızda Xəbər lenti

Xırdalanda dağıntılar altından çıxarılanların sayı 6 nəfərə çatıb - VİDEO

Xırdalanda dağıntılar altından çıxarılanların sayı 6 nəfərə çatıb -     VİDEO

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb 

 

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

FHN-dən AYNA-ya verilən məlumata görə, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

 

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      25 Yanvar 2021 21:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin