Əsas səhifə Haqqımızda Xəbər lenti

Zarağan meşəsinin ağaclarını kəsənlər axtarışa verilib

Zarağan meşəsinin ağaclarını kəsənlər axtarışa verilib

Ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1 675 manat məbləğində ziyan dəydiyi məlum olub

 

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı mərkəzin Zarağan meşəbəyliyinin dörd saylı dolayında ağacların kəsildiyi aşkar edilib.

 

AYNA-nın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1 675 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub: “Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ rayon Polis Şöbəsinə göndərilib”.

Müəllif: Ayna.az      25 Yanvar 2021 13:33
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin