Əsas səhifə Haqqımızda Xəbər lenti

Yaxın qohumu şəhid olan məhkumların cəzaları yüngülləşdirilə bilər

Yaxın qohumu şəhid olan məhkumların cəzaları yüngülləşdirilə bilər

Malik Ələkbərov: “30-dan artıq məhkum var ki, onların yaxın qohumları şəhid olub”

 

Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumların azadlığa buraxılması ilə bağlı sənədlər hazırlanır. AYNA Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

 

Nazirlik rəsmisi bildirib ki, Vətən müharibəsində yaxın qohumu şəhid olan məhkumlara müəssisələrdə xüsusi qayğı göstərilir: “30-dan artıq məhkum var ki, onların yaxın qohumları şəhid olub. Onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsi cəzadan azad olunub, bir nəfərin isə oğlunun dəfn mərasimində iştirak etməsi təmin olunub. İmkan çatdıqca həmin şəxslərin hamısının cəzası azaldılacaq və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüləcək”.

Müəllif: Ayna.az      25 Yanvar 2021 12:45
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin