Əsas səhifə Haqqımızda Xəbər lenti

Zərif: “İran Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur”

Zərif: “İran Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur”

İranın xarici işlər naziri Azərbaycana səfər edib

 

“İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur və sevinir ki, torpaqları işğaldan azad edilib”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə deyib.

 

Nazir bildirib ki, Qarabağın azad edilməsi minlərlə insanın öz doğma el-obasına qayıtmasını təmin edəcək.

 

“Azərbaycanın rəsmi şəxsləri ilə keçirəcəyim görüşlərdə regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq məsələlərini və yaranmış yeni situasiyanı müzakirə edəcəm. Bunlarla yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçiriləcək işlər də müzakirə mövzusu olacaq”, - deyə XİN başçısı vurğulayıb.

 

Zərif qeyd edib ki, Azərbaycandan sonra o, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək: “Bu səfərlərdə də qarşılıqlı əlaqələr və regiondakı siyasi vəziyyət müzakirə olunacaq”.

Müəllif: Ayna.az      25 Yanvar 2021 01:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin