Əsas səhifə Haqqımızda Xəbər lenti

“SpaceX” göyərtəsində 143 peyk olan daşıyıcı raketi orbitə buraxıb

“SpaceX” göyərtəsində 143 peyk olan daşıyıcı raketi orbitə buraxıb

Bu, orbitə bir dəfəyə rekord miqdarda kosmik aparat çıxarılan ilk buraxılışdır

 

“SpaseX” kompaniyası bazar günü “Falcon-9” raket daşıyıcısının 143 raketlə buraxılışını həyata keçirib. AYNA xarici mediaya istinadən bildirir ki, start Bakı vaxtı ilə saat 19:00-da Kanaveral burnundakı kosmodromda baş tutub.

 

Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan başqa, həmin buraxılışa 10 “Starlink” internet mikro-peyki daxildir. Kompaniyadan bildirilib ki, bu, orbitə bir dəfəyə rekord miqdarda kosmik aparat çıxarılan ilk buraxılışdır.

 

Məlumata görə, 200 kiloqramlıq peykin buraxılış qiyməti bir milyon dollar təşkil edir. “SpaseX” bu cür raket buraxılışlarını dörd aydan bir həyata keçirməyi planlaşdırır.

Müəllif: Ayna.az      25 Yanvar 2021 04:47
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin