Əsas səhifə Haqqımızda Xəbər lenti

Nazir: “Bağçaların açılması ilə bağlı proqnoz vermək tezdir”

Nazir: “Bağçaların açılması ilə bağlı proqnoz vermək tezdir”

“Fevral ayının 15-ə qədər uşaq bağçalarının açılmasına ümid edirik”

 

Uşaq bağçalarının açılması ilə bağlı növbəti iki həftə ərzində qərar qəbul olunacaq. AYNA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə deyib.

 

“Fevral ayının 15-ə qədər uşaq bağçalarının açılmasına ümid edirik. Amma bu barədə proqnoz vermək indi tezdir”, - nazir əlavə edib.

 

Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib.

 

 

Müəllif: Ayna.az      22 Yanvar 2021 13:15
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin