Əsas səhifə Haqqımızda Xəbər lenti

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub

 

Yanvarın 22-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşı 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilən Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

 

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmuş və  digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      22 Yanvar 2021 13:32
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin