Əsas səhifə Haqqımızda Xəbər lenti

Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

COVID-19-dan ölənlərin sayı durmadan artır 

 

Böyük Britaniyada koronavirusa yoluxan insanlar arasında son sutkada qeydə alınan ölüm sayı 1,3 minə yaxın çatıb.

 

AYNA xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə 24 saat ərzində 37,9 min nəfər koronavirusa yoluxub.

 

Britaniya hakimiyyəti ötən gün 1,820 ölüm halı barədə məlumat veriblər ki, bu da pandemiya başlayandan bəri ölkə üçün ən yüksək göstəricidir. Böyük Britaniyada ümumilikdə koronavirusa yoluxan 94 580 nəfər ölüb.

 

Ölkədə koronavirusa yoluxanlarına ümumi sayı 3,54 milyona çatıb.

Müəllif: Ayna.az      22 Yanvar 2021 04:13
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin