Əsas səhifə Haqqımızda Xəbər lenti

Ceyhun Bayramov fransalı həmkarı ilə telefonda danışıb

Ceyhun Bayramov fransalı həmkarı ilə telefonda danışıb

Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə ediblər

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

 

Bu barədə AYNA-ya Xarici İşlər Naziriliyindən bildirilib.

 

Nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Müəllif: Ayna.az      22 Yanvar 2021 00:27
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin