Əsas səhifə Haqqımızda Xəbər lenti

Çinin ABŞ-dakı səfirliyinin "Twitter" səhifəsi bağlanıb

Çinin ABŞ-dakı səfirliyinin "Twitter" səhifəsi bağlanıb

Səhifənin bağlanmasına səbəb yanvarın 7-də edilən paylaşım olub

 

Çinin ABŞ-dakı səfirliyinin "Twitter" səhifəsi uyğur türklərinə qarşı yürüdülən siyasəti müdafiə edən paylaşımlar səbəbindən bağlanıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, "Twitter" tərəfindən verilən açıqlamada hesabın bloklanmasına səbəb kimi  "@ChineseEmbinUS" istifadəçi adı ilə 7 yanvarda edilən paylaşımlar göstərilib. Sözügedən paylaşımda “Ekstremizmin ləğvi prosesində etnik azlıqlara mənsub qadınlar azad edildi. Cinsi bərabərlik və reproduktiv sağlamlıq inkişaf etdirildiyi üçün uyğur qadınlar artıq körpə istehsal edən maşınlar deyil” yazılıb.

 

Bu status "Twitter" tərəfindən dərhal silinib və şirkət tərəfindən belə açıqlama verilib: “Redaksiya siyasətimizi pozduğuna görə və bu cür ifadələrə yol verildiyi üçün hərəkətə keçdik. Din, kasta, yaş, əlillik, ciddi xəstəlik, milli mənsubiyyət, irq və ya etnik mənşə səbəbindən insanların ayrı-seçkiliyə məruz qalmasını qadağan etmişik”.

Müəllif: Ayna.az      22 Yanvar 2021 02:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin