Əsas səhifə Haqqımızda Xəbər lenti

Qırğızıstanın Nazirlər Kabineti tam tərkibdə istefaya getdi

Qırğızıstanın Nazirlər Kabineti tam tərkibdə istefaya getdi

Cabinet üzvləri yeni tərkib formalaşana qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər

 

Qırğızıstanın Nazirlər Kabineti növbədənkənar prezident seçkilərinin nəticələri səbəbindən tam tərkibdə istefaya gedib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, Prezident vəzifəsini icra edən Talant Mamıtov keçmiş Baş nazir, yeni seçilən Prezident Sadır Caparovun istefa ərizəsini qəbul edib.

 

Bununla da, mövcud hökumət istefaya gedib. Bununla yanaşı, Nazirlər Kabinetinin üzvləri yeni tərkib formalaşana qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər. Baş nazirin birinci müavini Artyom Novikov isə Baş nazir əvəzi təyin edilib.

 

Qeyd edək ki, 16 yanvarda Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) Caparovun erkən prezident seçkilərində səslərin 79,23 faizini qazandığını elan etdi. Onun andiçmə mərasimi 28 yanvarda baş tutacaq.

Müəllif: Ayna.az      21 Yanvar 2021 15:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin