Əsas səhifə Haqqımızda Xəbər lenti

Putinlə Bayden arasında görüş olmayacaq: “Planlaşdırılmır”

Putinlə Bayden arasında görüş olmayacaq: “Planlaşdırılmır”

Peskov: “Rusiya və ABŞ liderlərinin ikitərəfli görüşü üçün bəzi şərtlər yaranmalıdır”

 

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni Prezidenti Co Bayden arasında görüş keçirilməsi planlaşdırılmayıb. AYNA xəbər verir ki, bu barədə Putinin mətbuat sözçüsü Dmitri Peskov deyib.

 

“Bu haqda heç bir müzakirə yoxdur. Məlumdur ki, epidemioloji vəziyyətə görə beynəlxalq görüşlər, üz-üzə təmaslar dondurulub. Hazırda prezidentlərin ayrıca təmasları planlaşdırılmır”, - Peskov qeyd edib.

 

Rusiya Prezidentinin mətbuat katibi deyib ki, Rusiya və ABŞ liderlərinin ikitərəfli görüşü üçün bəzi şərtlər yaranmalıdır.

 

Qeyd edək ki, Ağ evin sözçüsü Jen Psaki ABŞ-ın yeni Prezidentinin rusiyalı həmkarı ilə planlaşdırılan telefon danışıqlarının olmadığını söyləyib. Onun sözlərinə görə, Bayden ilk olaraq Kanadanın Baş naziri ilə telefon danışığını aparacaq.

 

Xatırladaq ki, Baydenin dünən andiçmə mərasimi keçirilib. O, Birləşmiş Ştatların 46-cı Prezidenti olaraq, kürsüyə əyləşdi. Keçmiş Prezident Donald Tramp 150 illik ənənəni pozaraq mərasimə qatılmadı.

Müəllif: Ayna.az      21 Yanvar 2021 14:50
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin