Əsas səhifə Haqqımızda Xəbər lenti

Bağdadda terror: Partlayış nəticəsində 12 nəfər ölüb

Bağdadda terror: Partlayış nəticəsində 12 nəfər ölüb

Hələ ki, terror aktını heç bir qruplaşma üzərinə götürməyib

 

Bu gün səhər saatlarında Bağdad şəhərinin mərkəzində partlayış törədilib. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində azı 12 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

 

Partlayışın terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi qeyd olunur.

 

“Al-Sumaria” telekanalı isə məlumat yayıb ki, partlayışda 8 nəfər ölüb, 15 nəfər yaralanıb. Lakin əksər mənbələr ölənlərin və yaralananların sayının 10-dan yuxarı olduğunu bildirir.

 

Hələ ki, terror aktını heç bir qruplaşma üzərinə götürməyib.

Müəllif: Ayna.az      21 Yanvar 2021 13:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin