Əsas səhifə Haqqımızda Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bakıda hava yağmursuz olacaq

 

Azərbaycanda yanvarın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0-2° şaxta, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 775 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Yanvarın 22-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 4-7° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 18-23°, gündüz 0-5° şaxta olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı proqnozlaşdırılır.

 

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 22-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az      21 Yanvar 2021 13:13
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin