Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda gecə saatlarında fişəng atan şəxs saxlanılıb

Bakıda gecə saatlarında fişəng atan şəxs saxlanılıb

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün materiallar məhkəməyə göndərilib

 

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov polis əməkdaşlarının dərhal həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

 

Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.

Müəllif: Ayna.az      21 Yanvar 2021 12:06
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin