Əsas səhifə Haqqımızda Xəbər lenti

Bayden Trampın bir neçə qalmaqallı fərmanını ləğv edib

Bayden Trampın bir neçə qalmaqallı fərmanını ləğv edib

ABŞ ÜST-yə qayıtdı, Meksika ilə aradakı divar tikintisi dayandı, Yaxın Şərq ölkələrinin vətəndaşlarına icazə verildi

 

Yanvarın 20-də andiçmə mərasimi keçirilən ABŞ Prezidenti Co Baydenin ilk işi sabiq Prezident Donald Trampın bir neçə fərmanını ləğv etmək olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, Bayden ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtması haqqında fərman imzalayıb.

 

Qeyd edək ki, ABŞ ÜST-dən ötən ilin yayında çıxmışdı. Tramp təşkilatı islahatlar aparmamaqda, pandemiyanın gedişində düzgün hərəkət etməməkdə təqsirləndirirdi.

 

Bundan başqa, Bayden ABŞ-ı Paris iqlim sazişinə qaytarıb və Meksika ilə sərhədə divar çəkilməsini dayandırıb. Divarın bir hissəsi tikilib, yeni Prezident tikiləni sökmək niyyətində olmadığına işarə edib.

 

Yeni Prezident, həmçinin Tramp dönəmində Yaxın Şərqin bir neçə ölkəsinin sakinlərinin ABŞ-a girişinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi barədə fərman imzalayıb. Söhbət İran, Liviya, Suriya, Yəmən, Somali vətəndaşlarından, habelə Venesuela məmurlarından gedir.

 

Müəllif: Ayna.az      21 Yanvar 2021 11:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin