Əsas səhifə Haqqımızda Xəbər lenti

Xınalığa getmək çətinləşdi: yol buz bağlayıb

Xınalığa getmək çətinləşdi: yol buz bağlayıb

Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir

 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda, Giləzi-Xızı və yolun Siyəzən, Şabran, Quba  və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağır. Hazırda yağıntı zəifdir. Səhər saatlarından yolda qar təmizlən, duz və qum səpilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

 

Bildirilib ki, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hazırda da keçirilməsi davam etdirilir: “Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan hissəsində 8-11 sm qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən yolun bəzi hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hazırda zəif qar yağır. Nəqliyyatın hərəkəti təmin olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir”.

 

“Giləzi-Xızı yolunda gecə saatlarında güclü qar yağıb və şaxta qeydə alınıb. Hazırda 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizlənib, duz-qum qarışığı səpilmə işləri həyata keçirilib. Yolda buzlmaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır”, - deyə bildirilib.

Müəllif: Ayna.az      21 Yanvar 2021 11:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin