Əsas səhifə Haqqımızda Xəbər lenti

Ayvazyan həmsədr ölkələrin səfirləri ilə Qarabağı müzakirə edib

Ayvazyan həmsədr ölkələrin səfirləri ilə Qarabağı müzakirə edib

Müzakirə zamanı Minsk Qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının davam etdirilməsinin vacibliyi vurğulanıb

 

Ermənistan xarici işlər naziri Ara Ayvazyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirləri ilə görüşüb. AYNA erməni mediasına istinadən bildirir ki, nazir səfirlərlə Azərbaycanda olan əsirlər məsələsini və Qarabağda müharibədən sonrakı vəziyyəti müzakirə edib.

 

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopyrkin, Fransa səfiri Conatan Lakotte və ABŞ diplomatik missiyasının rəhbəri Lynn Treysi iştirak ediblər.

 

Müzakirə zamanı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Azərbaycanm, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının icrasındakı irəliləyişi təqdim edən Ayvazyan deyib ki, əsas məsələ hazırda Azərbaycanda olan əsirlərin geri qaytarılmasıdır.

Müəllif: Ayna.az      20 Yanvar 2021 17:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin